Xidmət qaydalarımız

Müqavilənin bağlanması və ödəniş şərtləri

Tərəflər arasında razılıq əldə edildikdən sonra xidmət müqaviləsi bağlanır. Sifarişin qəbul edilməsi üçün işin həcminin minimum 50%-i məbləğində ödənişin şirkətin bank hesabına köçürülməsi tələb olunur.

Avadanlıqların təchizatı və çatdırılma müddəti

Sifariş qeydə alındıqdan sonra avadanlıqlar, əsasən bərpa olunan enerji sahəsində işlər (invertorlar, günəş panelləri, ehtiyat batareyalar, külək turbinləri və s.) xarici ölkələrdən gətirildiyindən çatdırılma və sənədləşmə işləri 25-35 iş günü ərzində tamamlanır. Digər xidmətlərin təhvili işin həcminə və müqavilədə göstərilən müddətə uyğun olaraq həyata keçirilir.

Zəmanət və Servis xidməti

  • Qurğulara istehsalçı tərəfindən beynəlxalq zəmanət verilir.
  • Şirkətimiz tərəfindən quraşdırılmış avadanlıqlara bir il ərzində ödənişsiz servis xidməti göstərilir.
  • Əgər avadanlığın texniki hissəsi müştərinin müdaxiləsi nəticəsində sıradan çıxarsa, ehtiyat hissələrinin alınması xərcləri müştəri tərəfindən təmin olunur.

Texniki xidmət və Autsorsinq dəstəyi

Avadanlığın quraşdırılmasından bir il keçdikdən sonra müştərilərimizə autsorsinq formatında texniki xidmətlər təklif olunur. Bu xidmət mühəndis kommunikasiya infrastrukturunun abunə xidməti sistemi əsasında dəstəklənməsini əhatə edir.

Layihələndirmə və Təhlil xidmətləri

Günəş və külək elektrik stansiyalarının texniki-iqtisadi əsaslandırmalarının hazırlanması, ölçü işlərinin aparılması, layihələndirmə və smetanın çıxarılması ödənişlidir. Bu xidmətlər üçün ödənilən məbləğ sonrakı sifariş məbləğinə daxil edilir.

Konsultasiya və ölçü-araşdırma xidmətləri ödənişlidir, lakin sifarişlə bağlı müqavilə bağlandıqda bu xidmətlər pulsuz həyata keçirilir.

İcra Müddəti və Keyfiyyət təminatı

Təmir-quraşdırma işləri müqavilədə göstərilən müddət ərzində tam şəkildə istismara verilir. Şirkətimiz bütün xidmətlərdə yüksək keyfiyyət standartlarına əməl edir və müştəri məmnuniyyətini təmin edir.