“FN Construction” MMC olaraq Azərbaycanda ilk dəfə fiziki və hüquqi şəxslər üçün elektrik enerjisi və istilik xərclərini alternativ enerji vasitəsilə sıfırlayan innovativ texnologiyanın tətbiqini təklif edirik.
Elektrik və istilik enerjisi xərclərinin sıfırlanması üçün obyektin faktiki gücünə uyğun Günəş elektrik sistemi və hava dəstəkli istilik nasosları quraşdırılır. Prossesin işləmə qaydası aşağıdakı kimidir:
Gündüz vaxtı istehlakı tam şəkildə günəş enerjisi vasitəsi təmin edilir, istehlakdan artıq istehsal olunan elektrik enerjisi elektrik şəbəkəyə ötürülür. Gecə vaxtı istehlak zamanı gündüz vaxtı şəbəkəyə ötürülmüş artıq elektrik enerjisi ay sonunda əvəz edilir. Əvəzləşmə prosesini “Azərişıq” ASC tərəfindən balans sərhəddində quraşdırılmış import-export rejimli elektrik sayğacı ilə həyata keçirir. Ümumilikdə obyektin elektrik enerjisi xərci tamamən sıfırlanmış olur. Bütün hesablamalar peşəkar mühəndislərimiz tərəfindən həyata keçirilir.
İstilik sisteminin fasiləsiz təminatı və xərcin sıfırlanması hər bir obyektin ölçüləri və həcmi nəzərə alınmaqla hesablanacaq güc müqabilində hava dəstəkli müasir istilik nasosları quraşdırılır. Bu cihazlar avtomatik yay-qış rejimində çöl temperaturundan asılı olaraq işləyir. Havanın soyuq olduğu anda tam rejimdə işləyib həm istilik radiotorlarını isti saxlayır, həm də məişət isti suyunu təmin edir. İsti vaxtları isə aşağı rejimdə işləyərək subyekti ancaq məişət isti suları ilə təmin edir. Cihaz gündüzlər öz enerjisini qurulacaq günəş enerjisi panellərindən alır, gecələr isə idxal-ixrac sayğacları vasitəsilə gündüz istehsalının ümumi şəbəkəyə artıq ötürülməsinin əvəzlənməsini ümumi şəbəkədən geri alır.
Təklif edilən bütün sistemlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənib və “Azərişıq” ASC-nin quraşdıracağı xüsusi import-export rejimli elektrik sayğacları ilə təmin edilir. Günəş panellərinə 25 il zəmanət, İnverterlərə 15 il zəmanət, İstilik nasoslarına 2 il zəmanət verilir. Bölgələr üzrə servis xidmətimiz uzaqlıqdan asılı olaraq müəyyən edilmiş xərclə illik servis xidmətləri də göstərirlər. Enerji daşıyıcılarının hazırkı qiymətləri ilə quracağımız bu sistem bir neçə ilə özü-özünü ödəyir və rentabellik təmin edilmiş olur.
FN Construction MMC günəş enerjisi ilə işləyən sistemlərin layihələndirilməsi və quraşdırılması sahəsində geniş təcrübəyə malikdir. Sifarişçilərimizlə ilkin görüşdən sonra mütəxəssislərimiz tərəfindən enerji tələbatınız nəzərə alınaraq ölçü-layihə işləri aparılır və ehtiyaclarınıza uyğun sistem həlli təqdim edilir.
Quraşdırılan sistemlərin avadanlıqları beynəlxalq standartlara cavab verən xarici istehsal məhsullarıdır və onların keyfiyyətinə tam zəmanət veririk. Sistemlərin tam təhvil verilməsi, avadanlıqların gətirilmə müddətinə uyğun olaraq həyata keçirilir.
Günəş elektrik enerjisi sistemləri vasitəsilə siz enerji xərclərinizi azaltmaqla yanaşı, elektrik şəbəkəsi əlçatmaz olan ərazilərdə təsərrüfatlarınızı enerji ilə təmin edə bilərsiniz.
FN Construction MMC olaraq sizə aşağıdakı xidmətləri təklif edirik:
Biz yüksək keyfiyyət və münasib qiymətlərlə enerji ehtiyaclarınızı qarşılayacaq sistemlər təqdim etməyə hazırıq.
Azərbaycanın yüksək külək potensialına malik bölgələrində enerji ehtiyaclarını qarşılamaq üçün ən effektiv həllərdən biri də külək turbinləri sistemləridir. FN Construction MMC olaraq, aşağı sürətli küləklərdən maksimum enerji əldə etmək üçün müasir texnologiyaların və yüksək keyfiyyətli avadanlıqların tətbiqinə zəmanət veririk.
Bizim xidmətlərimiz çərçivəsində:
Bu sistem vasitəsilə siz enerji xərclərinizi azalda, eyni zamanda sabit elektrik şəbəkəsi olmayan ərazilərdə təsərrüfatlarınızı enerji ilə təmin edə bilərsiniz.
FN Construction MMC, külək enerjisindən səmərəli istifadə edərək həm iqtisadi, həm də ekoloji baxımdan faydalı həllər təklif edir.
FN Construction MMC günəş enerjisi ilə işləyən küçə və ərazi işıqlandırma dirəklərinin layihələndirilməsi və quraşdırılmasında ixtisaslaşmışdır. Bu tip işıqlandırma dirəkləri ənənəvi elektrik şəbəkəsinə qoşulmadan işləyərək həm quraşdırma, həm də enerji istifadəsi ilə bağlı xərclərə qənaət edir.
Xidmətlərimizə daxildir:
Bu işıqlandırma dirəkləri:
FN Construction MMC günəş enerjili işıqlandırma sistemlərini yüksək keyfiyyət və sərfəli təkliflərlə təqdim edərək, müasir və ekoloji həllər təmin edir.
FN Construction MMC günəş enerjisi ilə işləyən su nasos və suvarma sistemlərinin layihələndirilməsi və quraşdırılması sahəsində geniş təcrübəyə malikdir. Bu sistemlər suvarma problemi yaşayan ərazilərdə fermerlər və təsərrüfat sahibləri üçün müasir və effektiv həllər təqdim edir.
Xidmətlərimiz çərçivəsində:
Bu sistemlər vasitəsilə:
FN Construction MMC olaraq günəş enerjili suvarma sistemlərini yüksək keyfiyyət və sərfəli həllər təqdim edərək, həm təsərrüfat, həm də ətraf mühit üçün faydalı alternativlər təklif edirik.
FN Construction MMC olaraq, evinizdə, ofisinizdə və ya təsərrüfatınızda quraşdırılmış günəş elektrik stansiyalarına (GES) yüksək keyfiyyətli servis xidməti təklif edirik. Məqsədimiz, mövcud sistemlərin effektivliyini qorumaq və uzunmüddətli istismarını təmin etməkdir.
FN Construction MMC olaraq, günəş elektrik stansiyalarınızın istismar müddətini artırmaq və enerji istehsalını maksimuma çatdırmaq üçün peşəkar və sərfəli həllər təqdim edirik.
Servis xidmətlərimizə daxildir: