Bərpa olunan enerji qurğularina dair servis və təkliflərimiz
FN Construction MMC olaraq məqsədimiz müştərilərimizə bərpa olunan enerji sahəsində müasir və davamlı həllər təqdim etməkdir. Təkliflərimizə daxildir:
Enerji layihələrinin hazırlanması və texniki həlləri Təcrübəli mütəxəssislərimiz enerji ehtiyaclarınıza uyğun olaraq günəş və külək enerji stansiyalarının layihələndirilməsi və quraşdırılmasını həyata keçirir. Hər bir layihə beynəlxalq standartlara uyğun hazırlanır.
Avadanlıqların seçilməsi və təminatı Yüksək keyfiyyətli və uzunmüddətli avadanlıqların təminatını təklif edirik. Günəş panelləri, invertorlar və digər komponentlər üzrə geniş seçim təqdim edirik.
Servis və texniki dəstək Qurulan sistemlərin uzunmüddətli və effektiv istifadəsi üçün müntəzəm texniki xidmət və təftiş işlərini təmin edirik.
Mühəndis kommunikasiya sistemlərinin qurulmasina dair təkliflərimiz
FN Construction MMC olaraq yaşayış və qeyri-yaşayış sahələrində mühəndis kommunikasiya sistemlərinin layihələndirilməsi və quraşdırılması üzrə peşəkar xidmətlər təklif edirik. Xidmətlərimizə daxildir:
Su, istilik və soyutma sistemləri Ev və müəssisələr üçün müasir və enerji səmərəli su, istilik və soyutma sistemlərinin quraşdırılması.
Elektrik sistemlərinin layihələndirilməsi və tətbiqi Elektrik sistemlərinin ən son texnologiyalarla qurulması, o cümlədən ağıllı idarəetmə şəbəkələrinin tətbiqi.
Zəmanət və keyfiyyət təminatı İstifadə olunan bütün materiallar beynəlxalq standartlara cavab verir və uzunmüddətli zəmanət təqdim olunur.
Elektrik ötürücü xətlərin çəkilişinə və paylayici şəbəkələrin qurulmasina dair təkliflərimiz
Enerji sektorunda ixtisaslaşan FN Construction MMC olaraq Sizə elektrik ötürücü xətlərin və paylayıcı şəbəkələrin qurulması üzrə aşağıdakı xidmətləri təklif edirik:
Alçaq və yüksək gərginlikli xətlərin çəkilişi Müxtəlif enerji ehtiyaclarına uyğun xətlərin layihələndirilməsi və tikintisi.
Yarımsatnsiyaların layihələndirilməsi və quraşdırılması Müasir yarımsatnsiyaların tikintisi, yüksək effektivlik və təhlükəsizlik təmin edən texnologiyaların tətbiqi.
Şəbəkə ilə inteqrasiya Enerji sisteminin mövcud şəbəkə ilə inteqrasiyasını və bütün normativ sənədlərin hazırlanmasını təmin edirik.