Haqqımızda

“FN Construction” MMC Azərbaycanda alternativ enerji, elektrik və tikinti sektorunda aparıcı şirkətlərdən biri olmağı qarşısına məqsəd qoyub. Şirkətimiz peşəkar mühəndis komandası ilə yaşıl enerji layihələrinin inkişafı, günəş panelləri, külək turbinlərinin, müxtəlif innovativ istilik sistemlərinin quraşdırılması və müasir tikinti standartlarına uyğun təmir-tikinti sahəsində ixtisaslaşmışdır.

Ekspert komandamız yenilənən enerji sektorunda, müasir tikinti standartlarına uyğun tikinti sahəsində geniş təcrübəyə malikdir və bu sahələrdə fərdi, korporativ ehtiyaclarınız üçün bütöv həlləri təklif etmək imkanları təqdim edirik. Azərbaycanda ilk dəfə elektrik və istilik xərclərinin tamamilə sıfırlanması layihələri təklif edirik. Yaşıl enerji layihələrimizə külək enerjisi, günəş enerji stansiyaları, hidroelektrik stansiyalar, elektrikli avtomobillər üçün şarj stansiyaları və daha bir çox bərpa olunan enerji xidmətləri daxildir.

Xidmətlərimiz həm fərdi, həm də ticari müştərilər üçün nəzərdə tutulub və müxtəlif sahələrdə uğurlu layihələr təqdim edirik. “FN Construction” MMC olaraq, müştərilərimizə karbon emissiyasını azaltmağa və daha sağlam bir gələcəyə doğru keçid etmələrinə kömək edirik. Enerji sənayesinin dəyişən tələblərini qarşılamaq üçün ən son texnologiyaları və innovativ həlləri təklif etməklə enerji xidmətləri sahəsində mövqeyimizi hər gün gücləndiririk. bununla yanaşı, müəssisəmiz bərpa olunan enerji mənbələrindən istifadə olunması sahəsində enerji mənbələri üzrə kəşfiyyat, texniki-iqtisadi əsasnamələrin hazırlanması, enerji istehsalı, nəqli paylanması, enerji əldə edilməsi üçün avadanlıqların, qurğuların və obyektlərin layihələndirilməsi, tikintisi, istismarı və infrastruktur təminatı üzrə işləri aparır.