Tez-tez verilən suallar

Şirkətinizin əsas fəaliyyət sahələri hansılardır?

Şirkətimiz əsasən bərpa olunan enerji mənbələri (günəş, külək, hidroelektrik), innovativ istilik sistemlərinin layihələndirilməsi və quraşdırılması, eko enerjili evlərin tikintisi, eləcə də enerji təchizatı həllərinin təqdim edilməsi ilə məşğuldur.

Bəli, müştərilərimizə abunə müqaviləsi əsasında outsorsinq formatında texniki dəstək və servis xidmətləri təqdim edirik. Bu, sistemlərin dayanıqlı və effektiv işləməsini təmin edir.
Günəş enerjisi sisteminin qiyməti yalnız yerində baxış və ölçü işlərindən sonra müəyyən edilir. İxtisaslaşmış əməkdaşlarımız layihənin gücünü və digər texniki parametrləri hesablamaqla dəqiq qiymət təqdim edəcəklər.

Günəş enerjisi sistemi quraşdırmaqla müstəqil enerji istehsalçısına çevrilirsiniz. Bu, enerji xərclərinizi əhəmiyyətli dərəcədə azaldır, enerji asılılığınızı aradan qaldırır və ətraf mühitə dost bir seçimdir.

Əlbəttə dəyər. Bu sistemlər uzun müddətli istifadəyə yararlıdır və zamanla öz xərclərini kompensasiya edir. Əlavə olaraq, mövcud enerji şəbəkəsinə ödədiyiniz vəsait yalnız enerji təmin edir, lakin bu sistem həm enerji təchizatı, həm də xərclərinizdə davamlı qənaət təmin edir.

Hündürmərtəbəli binalarda geniş həcmli sistemlərin quraşdırılması çətin olsa da, kiçik ölçülü panelləri quraşdırmaq mümkündür. Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.

Bəli, biz müasir izolyasiya standartlarına uyğun olaraq, enerji səmərəliliyi yüksək olan eko enerjili evlər tikirik. Evlərimiz günəş enerjisi sistemləri və innovativ istilik texnologiyaları ilə təchiz olunur.

Əksər avadanlıqlar xarici istehsallıdır, buna görə layihənin təhvili 30-45 iş günü arasında dəyişə bilər. Müddət layihənin miqyasından asılı olaraq dəyişir.

İstilik nasosları ətraf mühitin (hava, su, torpaq) enerjisindən istifadə edərək məkanı qızdırır və ya soyudur. Bu sistemlər enerjiyə qənaət edir və ekoloji baxımdan təmiz bir həll təqdim edir.

Mövcud binaların enerji səmərəliliyini artırmaq üçün izolyasiya təkmilləşdirilməsi, günəş panellərinin quraşdırılması, istilik nasoslarının tətbiqi və digər enerji səmərəli həllər təqdim edirik.

Hibrid enerji sistemləri günəş və külək enerjisini birləşdirərək həm gündüz, həm də gecə davamlı enerji təmin edir. Bu, enerji təchizatında fasiləsizliyi və müstəqilliyi təmin edir.

Müştərilərimizə yüksək enerji səmərəliliyi, uzunmüddətli iqtisadi qənaət və ətraf mühitə dost həllər təqdim edirik. Layihələrimizi beynəlxalq standartlara uyğun şəkildə həyata keçiririk və hər bir müştərimizin ehtiyaclarına uyğun fərdi yanaşma tətbiq edirik.

Əgər əlavə suallarınız varsa, bizimlə əlaqə saxlayın. Komandamız sizə ən uyğun həlləri təqdim etməyə hazırdır!