Goranboy rayonu Eyvazlılar kəndindəki orta məktəb binasının elektrik və istilik sistemlərinin innovativ alternativ enerji sistemləri ilə əvəz edilməsi və enerji xərclərinin sıfırlanması layihəsi tamamlanmışdır. Layihə, BP Azərbaycan şirkəti tərəfindən sosial məqsədlə maliyyələşdirilib.