Külək turbinləri

Horizantal oxlu
Külək Turbinləri

FN Construction MMC olaraq, müasir enerji həlləri üçün ideal seçim olan Horizontal Oxlu Külək Turbinlərini (HOKT) təqdim edirik. Bu turbinlər küləyin kinetik enerjisini mexaniki enerjiyə, daha sonra isə elektrik enerjisinə çevirən innovativ qurğulardır. Yüksək effektivlik və davamlılıq təmin edən HOKT-lar, geniş istifadə sahələri və üstün texniki xüsusiyyətləri ilə seçilir.

Horizontal oxlu
külək turbini nədir?

Horizontal Oxlu Külək Turbinləri (ingiliscə: Horizontal-axis wind turbines – HAWT) rotor valı və elektrik generatorunun qüllə başında yerləşdiyi xüsusi bir mexanizmdir. Bu turbinlər külək istiqamətinə uyğun şəkildə yerləşdirilir və aerodinamik qanadları vasitəsilə külək enerjisini effektiv şəkildə toplayır.

  • Kiçik turbinlər yelqovan vasitəsilə küləyin istiqamətini təyin edir.
  • Böyük turbinlər isə külək sensorları və servomotorlar vasitəsilə işləyir.
  • Sürət qutusu qanadların yavaş fırlanmasını generator üçün daha uyğun sürətə çevirir. Qanadlar sürətlər qutusunu idarə edir.

HOKT qanadlarının
xüsusiyyətləri

  • Möhkəm materiallar: Güclü küləklərə davamlı və uzunömürlüdür.
  • Qüllədən məsafəli quraşdırma: Qanadlar qülləyə yaxın zədələnmələrin qarşısını almaq üçün xüsusi məsafədə yerləşdirilir.
  • Dizayn: Qanadlar bəzən yuxarı əyilmiş formada quraşdırılır, bu da küləyin effektiv istifadəsinə şərait yaradır.

HOKT üstünlükləri

  • Yüksək effektivlik: Qanadlar həmişə küləyə perpendikulyar şəkildə hərəkət edir və fasiləsiz enerji istehsalını təmin edir.
  • Dəyişkən qanad dirsəyi: Aerodinamik səth və külək arasında optimal bucağı seçməyə kömək edir.
  • Güclü küləklərə çatma imkanı: Yüksək qüllələr daha güclü küləkləri tutmağa imkan yaradır, maksimum sörət 25 m/san-dir.
  • Davamlılıq: Optimal aerodinamik dizayn sayəsində yüksək enerji istehsalını uzun müddət təmin edir.

HOKT nöqsanları

  • Daşıma çətinliyi: Uca qüllələr və iri qanadlar nəql üçün yüksək xərc tələb edə bilər.
  • Quraşdırma çətinlikləri: Hündürlük səbəbindən quraşdırma üçün xüsusi texnika və peşəkar mütəxəssislər lazımdır.
  • Radarlara təsir: Uca turbinlər radarlarda qarışıqlıq yarada bilər (bu, xüsusi filtr vasitəsilə azaldıla bilər).
  • Mənzərəyə təsir: Turbinlərin hündürlüyü ətraf mühitin görünüşünü dəyişdirə bilər.

Horizontal Oxlu Külək Turbinləri, külək enerjisindən maksimum istifadə etməklə enerji səmərəliliyini artırmaq istəyənlər üçün ideal seçimdir. FN Construction MMC olaraq, müasir texnologiyalar və yüksək keyfiyyət standartları ilə külək enerjisi həlləri təqdim edirik. Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın!

Vertikal oxlu
Külək Turbinləri

Vertikal Oxlu Külək Turbinləri (ingiliscə: Vertical-axis wind turbines – VAWT) rotoru vertikal vəziyyətdə olan külək enerjisi qurğularıdır. Onların ən böyük üstünlüyü külək istiqamətinə yönəlmə tələb etməməsidir. Bu xüsusiyyət küləyin çox dəyişkən olduğu yerlərdə effektiv işləmək imkanı yaradır.

  • Generator və sürət qutusu yerə yaxın yerləşdirilir, bu da qüllə istifadə ehtiyacını aradan qaldırır.
  • Yerləşdirmə rahatlığı: Yerdə və ya binaların damlarında quraşdırıla bilər.

VOKT Üstünlükləri

  • Sadə istismar: Turbinlər adətən yerə yaxın yerləşdirilir, bu da onların quraşdırılması və təmirini asanlaşdırır.
  • Kompakt dizayn: İri qüllə tələb olunmur və külək tutmaq üçün xüsusi mexanizmə ehtiyac yoxdur.
  • Aşağı başlanğıc külək sürəti: VOKT-lar 10 km/s külək sürətində belə elektrik enerjisi istehsal edə bilir.
  • Məhdud yerlər üçün ideal: Uca qüllələrin qadağan olunduğu ərazilərdə və ya küləyin təbii tunellər vasitəsilə sürətləndiyi dağlıq ərazilərdə quraşdırıla bilər.
  • Az səs-küy: Daha az səs-küy yaradaraq şəhər və yaşayış zonalarında istifadə üçün uyğun olur.

VOKT Nöqsanları

  • Enerji effektivliyi: VOKT-lar HOKT-lərə nisbətən təxminən 50% daha az effektivdir, çünki qanadlar küləyə qarşı da fırlanır.
  • Təmir çətinlikləri: Pis texniki planlaşdırma halında konstruksiyanın təmiri çətin ola bilər.
  • Külək sürəti məhdudiyyəti: Rotorlar yerə yaxın yerləşdirildiyi üçün aşağı külək sürəti enerjinin istehsalını məhdudlaşdıra bilər.
  • Kompaktlıqla əlaqəli problemlər: Saxlama uzadılma məftilləri küləyin ani şiddəti halında yüksək təzyiqə məruz qala bilər, bu da konstruksiyanın davamlılığına təsir göstərə bilər.
  •  

VOKT-lərin istifadə sahələri

  • Şəhər əraziləri: Az səs-küy və kompakt dizayn sayəsində şəhər mühitində istifadə üçün idealdır.
  • Binaların damları: Binaların damlarında quraşdırıldıqda küləyin ikiqat gücündən faydalanmaq mümkündür.
  • Məhdud ərazilər: Qüllələrin tikilməsinin mümkün olmadığı və ya uyğun olmadığı yerlərdə mükəmməl seçimdir.

Nəticə

FN Construction MMC olaraq, alternativ enerji ehtiyaclarınıza uyğun Vertikal Oxlu Külək Turbinlərini təqdim edirik. Kompakt dizayn, asan istismar və geniş tətbiq imkanları ilə VOKT-lar enerji səmərəliliyi üçün innovativ həll təklif edir. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın!